DÇ-2026-ya gerisayım davam edir. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi mundiala maraq gündən-günə artır. Futbolsevərlər artıq turnirin favoritlərini müəyyənləşdirməyə başlayıblar.
Bəs Bakı sakinləri dünya çempionu kimi hansı millini görürlər? Onlar mundialda ən çox hansı komandaya azarkeşlik edəcəklər?
Oxu.Az paytaxt sakinləri arasında sorğu keçirərək futbol azarkeşlərinin DÇ-2026 ilə bağlı fikirlərini öyrənib. Sorğu iştirakçıları həm favorit komandalarını açıqlayıb, həm də dünya çempionatının qalibi ilə bağlı proqnozlarını bölüşüblər.
Maraqlıdır ki, cavablar arasında futbolun ənənəvi nəhəngləri ilə yanaşı, sürpriz namizədlərin adları da çəkilib.
Ətraflı videoda: