Bu gün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ötən ilin sonlarında elan etdiyi yazı, foto və videoreportaj müsabiqəsi üzrə qalibləri mükafatlandırıb.
Bakı Fotoqrafiya Evində baş tutan tədbirdə yazı müsabiqəsində qalib olanlar arasında Oxu.Az-ın əməkdaşı Səbuhi Musayev də olub.
Onun yanvarın 31-də “Formula 1”in görünməyən qüvvəsi: Marşallar - YAZI" adlı məqaləsi mükafata layiq görülüb. Səbuhi Musayevə mükafatı münsiflər heyətinin üç üzvündən biri olan Rəhim Əliyev təqdim edib.
FOTO: Ramil Zeynalov