Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” ilə birgə Bakıda “Caspian Cup” (Xəzər Kuboku) turniri keçiriləcək.
Oxu.Az xəbər verir ki, turnirdə 9 ölkə nümayəndələrinin olduğu 52 komanda iştirak edəcək.
Azərbaycanlı intellektuallarla yanaşı yarışda Rusiya Federasiyası, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Ukrayna, Belarus, Almaniya və Gürcüstandan olan oyunçular da mübarizə aparacaq.
Turnirin proqramına “Nə? Harada? Nə zaman?” və “Breyn-rinq” oyunlarından başqa “Xəmsə” milli intellektual oyunu da daxildir. “Caspian Cup 2013” turniri “Nə? Harada? Nə zaman?” Beynəlxalq Klublar Assosiasiyası tərəfindən ilin turniri seçilib.
Turnirin açılış mərasimi 14 mart 2015-ci il tarixdə, saat 11:00-da Kempinski-Badamdar mehmanxanasında keçiriləcəkdir.
E.Ə.
www.oxu.az