Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda “Formula-1” trasının təqdimatı keçirildi – FOTO
Bu gün paytaxtın Fairmont otelində “Formula-1” yarışlarının Bakı trasının təqdimatı keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə həmçinin “Formula-1” avtoyarışlarının rəhbəri Berni Ekklstoun, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Avtomobil Nəqliyyatı Federasiyasının prezidenti Anar Ələkbərov və trasın dizayneri Hermann Tilke iştirak ediblər.
Tədbirdə çıxış edən B.Ekklstoun Azərbaycanın paytaxtının gözəlliyindən heyran olduğunu bildirib:
“Sizinlə Azərbaycan deyil, ingilis dilində danışdığım üçün üzr istəyirəm. Sizin şəhərinizi böyük tədbir gözləyir. Əminəm ki, tədbir yaxşı keçəcək və heç bir problem olmayacaq”.
Formula-1 üçün yolların hazırlanması üzrə mütəxəssis, alman memar Herrman Tilke isə Bakı trasının özəlliklərindən danışıb:
“Trasın uzunluğu 6000 metr təşkil edəcək. Möhtəşəm yolda bolidlərin orta sürəti 210 km/s təşkil edəcək. Maksimal sürət isə 340 km/saata çatacaq”.
Həmçinin tədbirdə qeyd olunub ki, Bakı ilə Formula-1 yarışlarının keçirilməsinə dair müqavilə 9 il müddətinə bağlanacaq.
Qeyd edək ki, Formula-1 yarışlarının Bakı mərhələsinin keçirilməsi 2016-cı ildən başlayacaq.
Elvin Əhmədov
www.oxu.az
"Anar Ələkbərov" teqi üzrə xəbərlər
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində
- Heydər Əliyev Mərkəzində "Yenidən doğulmuş gözəllik" adlı sərgi açılıb
- Heydər Əliyev Mərkəzində "Yer kürəsi uşaqların gözü ilə" fotosərgisi açılıb
- COP29 çərçivəsində Heydər Əliyev Fondunun "Azərbaycan. Təbiətin sehrində" nəşri təqdim edilib
Rəylər