“Formula-1” üzrə Azərbaycan Qran-prisinə vaksin pasportu və ya immunitet sertifikatı olmayanlar Qırmızı zonaya buraxılmayacaq.
Oxu.Az-ın xəbərinə görə, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yeni mətbuat xidmətinin rəhbəri Turab Teymurov media nümayəndələri üçün seminarda bildirib.
Onun sözlərinə görə, Qırmızı zonaya buraxılmaq istəyən şəxslərdən 5 gün ərzində test götürüləcək. Yalnız testi neqativ çıxanlar yarış zonasına buraxılacaq.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi bu il Bakıda 10-12 iyun tarixlərində keçiriləcək.
Səbuhi Musa