“Qarabağ” komandasının futbol üzrə Çempionlar Liqasının “play-off” mərhələsində Danimarka çempionu “Kopenhagen”lə keçirəcəyi oyunların vaxtları müəyyənləşib.
Oxu.Az-ın məlumatına görə, bu kollektivlər arasında ilk görüş avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.
Kopenhagendəki “Parken” stadionunda keçiriləcək cavab matçının start fiti isə avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
Qeyd edək ki, “play-off” mərhələsində keçirilən matçlarda Çempionlar Liqasının himni səslənir. Beləliklə, Bakıda ilk dəfə Avropa futbolunun “hiti” səslənəcək.
Azarkeşlər Çempionlar Liqasının himnini ilk dəfə 1992-ci ildə eşidiblər. Himni St.Martin’s in the Fields kilsəsinin akademik xoru ifa edir. Himn üç rəsmi dildə - fransız, alman və ingilis - ifa olunur.
S.B.
www.oxu.az