Bakıda dünyanın ən sürətli avtomobillərinin yürüşünün vaxtı dəyişdirildi.
Baku World Challenge (Blancpain Sprint Series) Beynəlxalq avtomobil yarışlarının təşkilatçılarından Oxu.Az-a verilən məlumata görə, paytaxtda nəqliyyat vasitələrinin hərəkətində sıxlığın yaranmaması üçün avtoyürüşün vaxtı dəyişdirilərək 16.00-a təyin edilib.
Məlumata görə, 30 avtomobil Dövlət Bayraq Meydanından Heydər Əliyev Mərkəzinə qədər yürüş keçirəcək.
Daha sonra Baku World Challenge (Blancpain Sprint Series) Beynəlxalq avtomobil yarışlarında iştirak edən pilotlar Heydər Əliyev Mərkəzinin qarşısında avtomobil həvəskarlarına avtoqraf verəcəklər. Onlara yarış avtomobilləri ilə şəkil çəkdirmək imkanı yaradılacaq.
Qeyd edək ki, yarış avtomobilləri Bakı küçələrində hərəkəti zamanı polis və təcili tibbi yardım eskortu ilə müşahidə olunacaq. Maşınların yürüşü zamanı hərəkət etdiyi küçələr qismən bağlanacaq.

Elvin Əhmədov
www.oxu.az