“Perfect Model Of Turkey 2013” yarışmasının finalçılarından biri trans gözəllik kraliçası Çağla Akalındır.
Oxu.Az xəbər verir ki, “Hədəfim Çağla Şikel kimi olmaqdır” deyən Akalın noyabrın 20-də yenidən podiuma çıxacaq.
Çağla Akalına bir çox tanınmışlar da dəstək verir. Yaxın günlərdə müğənni Demet Akalın Twitter-də trans modelin uğurlarını alqışladığını yazmışdı.
Akalına ən böyük dəstək isə top model və müğənni Tuğba Özaydan gəlir.
Aytən Sadıqzadə