Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Bakıda keçirilən yarışda birinci olan gimnast: “Əziyyətimin bəhrəsini gördüm”
“Əziyyətimin bəhrəsini gördüm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda gürzlərlə çıxışda birinci olan Sofiya Raffaeli deyib.
İtaliyalı gimnast bildirib ki, Azərbaycan paytaxtında təşkil olunmuş yarış onun üçün uğurlu alınıb: “Gürzlərlə hərəkətdə birinci, halqa ilə isə ikinci yerin sahibi oldum. Nəticəmdən çox şadam. Əziyyətimin bəhrəsini gördüm”.
20 yaşlı gimnast Bakıda təşkil olunan Dünya Kubokunun onun üçün maraqlı təcrübə olduğunu söyləyib: “Əla hisslər idi. Daha əvvəl böyük nəticələr qazansam da, burada çıxış etmək fərqli təcrübə oldu. Daha çox çalışıb, birinci olmaq istəyirəm”.