Bakıda keçiriləcək “Böyük Dəbilqə” (Grand Slam) yarışı barədə qərar verilib. 8-10 may tarixlərində təşkil olunması planlaşdırılmış ənənəvi cüdo turniri təxirə salınıb.
Bu barədə Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova xəbər verib.
Onun sözlərinə görə, bu barədə Azərbaycan tərəfi Beynəlxalq Cüdo Federasiyasını rəsmi şəkildə məlumatlandırıb. Yaxın vaxtlarda federasiya özünün rəsmi saytı vasitəsilə bu yarışın başqa tarixə keçiriləcəyi ilə bağlı qərarını açıqlayacaq. Həmçinin 11-12 may tarixlərində Bakıda keçirilməli olan paracüdo üzrə Qran-Prini eyni aqibət gözləyir.
Qeyd edək ki, “Böyük Dəbilqə” yarışı Olimpiadaya, Qran-Pri isə Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.
Səbuhi Musayev