Aprelin 18-də Azərbaycanda, paytaxt Bakıda MMA (Mixed Martial Arts – daha çox “qaydasız döyüş” kimi tanınır – red.) üzrə möhtəşəm yarış keçiriləcək.
Oxu.Az xəbər verir ki, “Kahazar Grand Prix” çempionatı çərçivəsində Azərbaycanın MMA üzrə yığması dünyanın ən güclü idmançıları ilə qarşılaşacaq.
Döyüşlər aprelin 18-də, saat 19:00-da Sərhədçi Olimpiya-İdman Kompleksində başlayacaq.
Tədbirin baş sponsoru “Qarant Sigorta” şirkətidir.
Həmin yarışla bağlı hazırlanmış videoçarxı təqdim edirik.