Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun ikinci finalçısı məlum oldu.
Oxu.Az xəbər verir ki, rusiyalı Serqey Karyakin tay-brekdə ukraynalı Pavel Elyanova qalib gələrək bu ada layiq görülüb.
Onun finaldakı rəqibi həmyerlisi Petr Svidler olacaq. Xatırladaq ki, Svidler dünən hollandiyalı Anişa Qiridən üstün olub.
Maraqlıdır ki, Petr Svidler finala gedən yolda Teymur Rəcəbovu, Serqey Karyakin isə digər Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovu turnirdən kənarlaşdırıb.
Final 4 klassik partiyadan ibarətdir. İlk final partiyası oktyabrın 1-də oynanılacaq.
F.H.
www.oxu.az