Bakı şəhərində qolf haqqında uşaqlara ilkin anlayış üçün növbəti tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Qolf Federasiyasının Qolf Akademiyası ilə birgə təşkil etdiyi SNAG (Start New at Golf) proqramı çərçivəsində növbəti tədbiri Bakı şəhəri 160 saylı klassik gimnaziyasında keçirilib.
Keçirilən təlim-məşqlər şagirdlərin böyük həvəs və marağına səbəb olub. Sonda Azərbaycan Qolf Federasiyası fəallıq göstərərək fərqlənən şagirdləri sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırıb.