Mayın 22-də Bakıda “Streetball Challenges 3x3 Streetball Championship in Baku 2016 Summer Cup” turniri keçirilib.
Oxu.Az-a daxil olan məlumata görə, turnirə 26 komanda qatılıb.
Turnirin qalibi böyüklərarası 1-ci yer “F.6.P” (Fikrət Paşayev, Anar Hacıyev, Vüqar Əliyev, Murad Ramazanov), 2-ci yer isə “The Vikings” (Scottn Joy Mollenhauer, Elijah Mollenhauer, Davis Burnett) komandası oldu, uşaq gənc idmançılararası 1-ci yeri “Forza” (Çingiz Abdullayev, İlkin Məmmədov, Emil Quliyev, Cahid Süleymanov), 2-ci yer isə “Baku Warriors” (Adil Çaybasarski, Ayxan Qurbanlı, Məhəmməd Safikhanli, Fikrət Ələkbərov) komandası oldu.
E.Ə.
www.oxu.az