İyunun 27-də Bakıda Mütləq Döyüş Çempionatının (UFC) turniri keçirilib.
Oxu.Az xəbər verir ki, turnirin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torresi ikinci raundda nokaut edərək qalib gəlib.
Ümumilikdə döyüş gecəsində 13 qarşılaşma baş tutub.
Həmyerlilərimizdən Tahir Abdullayev, Fərman Həsənov və Rafael Fiziyev qalib gəliblər, Nazim Sadıxov isə məğlub olub.
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub.
Oxu.Az xəbər verir ki, turnirin ikinci əsas qarşılaşmasında ("co-main event") Rusiyanı təmsil edən Şarabutdin "Bullet" Maqomedov (84.36 kq) Braziliyadan olan Mişel Pereyra (84.14 kq) ilə üz-üzə gəlib.
Orta çəkidə baş tutan görüşdə Maqomedov braziliyalı rəqibini hakimlərin üç raunddan sonra verdiyi yekdil qərar sayəsində məğlub edib.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.




Daha çox foto burada: PhotoStock.az
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub.
Oxu.Az xəbər verir ki, turnirin üçüncü əsas qarşılaşmasında Qazaxıstanı təmsil edən Asu Almabayev (57.15 kq) ABŞ-dən olan Çarlz Consonla (56.92 kq) qarşıaşıb.
Superyüngül çəkidə keçirilən döyüşdə Asu Almabayev Çarlz Consonu üçüncü raundda boğucu fəndlə məğlub edib.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.



Daha çox foto burada: PhotoStock.az
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub.
Oxu.Az xəbər verir ki, turnirin ikinci əsas qarşılaşmasında Rusiyanı təmsil edən İkram Aliskerov (84.36 kq) braziliyalı Bruno Ferreyra (83.91 kq) ilə üz-üzə gəlib.
Orta çəki kateqoriyasındakıı görüşdə İslam Aliskerov qələbə qazanıb. Zərbələrin və teykdaunların sayında böyük fərqə imza atan Aliskerov hakimlərin yekdil qərarı ilə qalib hesab olunub.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.




Daha çox foto burada: PhotoStock.az
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinin əsas qarşılaşmaları start götürüb.
Oxu.Az xəbər verir ki, bu seqmentin ilk döyüşündə Almaniyanı təmsil edən Abus Maqomedov (84.14 kq) polşalı Mixal Olekseyçukla (84.36 kq) üz-üzə gəlib.
Orta çəkidə keçirilən görüşdə A. Maqomedov qələbəyə sevinib. O, rəqibinə birinci raundda vaxtından əvvəl qalib gəlib.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.




Daha çox foto burada: PhotoStock.az
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub.
Oxu.Az xəbər verir ki, altıncı qarşılaşmada Türkiyə təmsilçisi Abdul Rahman Yahyayev (93.44 kq) ABŞ-dən olan Culius Uokerlə (93.44) üz-üzə gəlib.
Yarımağır çəki keçirilən qarşılaşmada Abdul Rahman Yahyayev amerikalı rəqibini birinci raundun ilk saniyələrində nokaut edib.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.




Daha çox foto burada: PhotoStock.az
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
Oxu.Az xəbər verir ki, beşinci qarşılaşmada özbəkistanlı Nursulton Ruziboev (84.36 kq) Rusiya təmsilçisi Andrey Pulyaevlə (84.36 kq) üz-üzə gəlib.
Orta çəkidə baş tutan döyüş Özbəkistan idmançısının qələbəsi ilə yekunlaşıb. O, ilk raundda boğucu fəndlə rəqibini təslim olmağa məcbur edib.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.


Daha çox foto burada: PhotoStock.az
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub.
Oxu.Az xəbər verir ki, dördüncü qarşılaşmada türkiyəəsilli Avstraliya təmsilçisi Kaan Ofli (66.22 kq) Kolumbiyadan olan Xavyer Reyeslə (65.99 kq) üz-üzə gəlib.
Yarımyüngül çəkidə keçirilən qarşılaşmada Kaan Ofli kolumbiyalı rəqibini birinci raundda boğucu fəndlə məğlub edib.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində növbəti görüş baş tutub.
Oxu.Az xəbər verir ki, üçüncü qarşılaşmada Ukrayna təmsilçisi Daniil Donçenko (77.44 kq) İsveçdən olan Teodor Berggenlə (77.56 kq) üz-üzə gəlib.
Yarımorta çəki kateqoriyasında baş tutan qarşılaşmada Daniil Donçenko vaxtından əvvəl ikinci raundda İsveçli rəqibini məğlub edib.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.


Daha çox foto burada: PhotoStock.az
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirində daha bir görüş baş tutub.
Oxu.Az xəbər verir ki, ikinci qarşılaşmada Qazaxıstan təmsilçisi Bekzat Almaxan (61.68 kq) Braziliyadan olan Jan Matsumoto (61.46 kq) ilə üz-üzə gəlib.
Ən yüngül çəki kateqoriyasında qarşılaşmada hakimlərin qərarı ilə braziliyalı idmançı Jan Matsumoto qələbə qazanıb.
Xatırladaq ki, "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.


Daha çox foto burada: PhotoStock.az
Bakıda keçirilən "UFC Fight Night Baku" turnirinə start verilib.
Oxu.Az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutacaq turnir çərçivəsində ümumilikdə 13 döyüş keçiriləcək.
İlkin döyüşlər saat 17:00, əsas qarşılaşmalar isə 20:00-dan başlayacaq.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Əlavə olaraq azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə güclünün adına aydınlıq gətirəcəklər.
"UFC Fight Night Baku" turniri
İlkin görüşlər
Tahir Abdullayev (Azərbaycan) - Cefferson Nasimento (Braziliya)
Bekzat Almaxan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)
Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)
Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)
Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)
Abdul Rahman Yahyaev (Türkiyə) - Culius Uoker (ABŞ)
Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)
Əsas döyüşlər
Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)
İkram Aliskerov (Rusiya) - Bruno Ferreyra (Braziliya)
Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)
Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)
Ko-meyn event (Gecənin ikinci əsas döyüşü):
Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)
Gecənin əsas döyüşü (Main event)
Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)