Bakıda keçirilən "UFC Fight Night Baku" turnirində növbəti təmsilçimiz oktaqona çıxıb.
Oxu.Az xəbər verir ki, yüngül çəki dərəcəsində təmsilçimiz Nazim Sadıxov (70.76 kq) Braziliyadan olan Mateus Kamilo ilə (70.76) qarşılaşıb.
O, braziliyalı rəqibinə ilk raundda nokautla uduzub.
Qeyd edək ki, daha əvvəl təmsilçimiz Tahir Abdullayev Braziliyadan olan rəqibi Ceferson Nasimentonu döyüşün üçüncü raundunda məğlub edib.
Digər təmsilçimiz Fərman Həsənov isə ABŞ-dən olan Erik Nolana hakimlərin yekdil qərarı nəticəsində qalib gəlib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilən "UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Daha çox foto burada: PhotoStock.az