Avropa Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.
Oxu.Az xəbər verir ki, Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə edən Kiprin “Omoniya” klubunun kapitanı Xordi Qomesin qolu da namizədlər siyahısında göstərilib.
“Barselona”nın sabiq 36 yaşlı yarımmüdafiəçisi 90-cı dəqiqədə meydanın mərkəzini tam keçməmiş uzaq məsafədən baxımlı qola imza atıb.
İspaniyalı oyunçunun bu nominasiyada rəqibləri Tomi Xorvat (“Mura”, Sloveniya), Lazaros Xristodulopulos (“Anortosis”, Kipr) və Edon Jeqrovadır (“Bazel”, İsveçrə).
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermədən sonra bəlli olacaq.
View this post on Instagram
"Barselona FK" teqi üzrə xəbərlər
- Karles Puyola vəzifə verildi
- "Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - Foto
- Suares illər sonra sirri açdı: Messi ilə Neymarı fikrindən daşındırmağa çalışıblar
- "Globe Soccer Awards": İlin ən yaxşı futbolçusu adına 26 namizəd açıqlandı
- "İdmandan kənar": Fabrikdən "Old Trafford"a, Avropa çempionluğundan tarixi "Trebl"ə - Foto/Video
Digər xəbərlər