Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Bakıdakı Dünya Kuboku ləğv olundu
Fevralda Bakıda keçirilməli olan batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku ləğv olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, ləğvə səbəb dünyada pandemiyanın davam etməsidir.
Bununla belə, 2021-ci ildə Bakıda keçiriləcək digər yarışlar öz qüvvəsində qalıb.
Belə ki, alətlərlə idman gimnastikası üzrə Dünya Kuboku (4-7 mart) Bakıda keçiriləcək. Eyni zamanda həmin vaxt Azərbaycan Gimnastika Federasiyasının ənənəvi keçirdiyi “AGF Junior Trophy” turniri də baş tutacaq. Bu yarışlar Olimpiadaya lisenziya qazandırmayacaq.
Daha bir Dünya Kuboku 7-9 mayda Milli Gimnastika Arenasında keçiriləcək. Bu, bədii gimnastika üzrə olacaq.
IX aerobika gimnastikası üzrə dünya yaş qrupu yarışları da Bakıda keçiriləcək. Bu, 21-23 mayda baş tutacaq. XVI aerobika gimnastikası üzrə dünya çempionatı da bu yarışdan sonra olacaq (27-29 may).
Həmçinin, batut gimnastikası üzrə dünya çempionatı (11-14 noyabr) və dünya yaş qrupu yarışları (19-22 noyabr) da Bakıda keçiriləcək.
Səbuhi Musayev
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib