Madrid “Atletiko”sunun keçmiş futbolçusu Milinko Pantiç Alvaro Moratanın yetirməsi olduğu kluba qayıtmasını şərh edib.
Oxu.Az xəbər verir ki, serbiyalı mütəxəssis bu ay “Atletiko”ya keçməyə yaxın olan “Çelsi”nin hücumçusunun qayıdışını gözəl addım adlandırıb:
“Alvaro Moratanın “Atleti” ilə müqavilə bağlaması möhtəşəm olacaq. Həyat dairəvi fırlanıb və o öz klubuna qayıdır. O, heç vaxt bu klubu tərk etmək istəmədiyini göstərməyə gələcək. Fanatlar onun performansına Madrid “Real”ının keçmiş futbolçusu kimi baxmamalıdır. O zaman onun qayıdışı uğurlu olacaq”.
Qeyd edək ki, Madrid “Atletiko”sunda futbolçu və məşqçi karyerası yaşamış Milinko Pantiç 2013/2014 mövsümündə Azərbaycanın ikiqat çempionu, hazırda həvəskarlar liqasında mübarizə aparan “Bakı”nın baş məşqçisi olub.
Səbuhi MUSAYEV