Noyabrın 1-2-si Bakıda Baku World Challenge avtomobil yarışı keçirilib.
Oxu.Az xəbər verir ki, avtomobil yarışlarına 30 yarış avtomobili, 10 F1 bolidi, 5 drift üçün nəzərdə tutulan avtomobil iştirak edib.
Baku World Challenge-in final mərhələsində 15 beynəlxalq komanda 30 avtomobillə mübarizə aparsa da sonda 17 avtomobil finiş xəttini keçə bilib. 13 avtomobil qəza və texniki nasazlıq səbəbindən sona qədər mübarizə apara bilməyib.
Qeyd edək ki, Baku World Challenge-də Belçikanın “Audi Club”-u qalib gələrək 100 min avro qazanıb.
Elvin Əhmədov
FOTO: Hacıağa Ağamoğlanov