Baku World Challenge avtorallisində iştirak edən komandaların çoxu diqqətlərini qalib olmağa yönəldiblər.
Oxu.Az xəbər verir ki, cəlbedici pul mükafatı (ümumilikdə qalib olan komanda üçün 100 000 Avro, ikinci yeri tutan komanda üçün 50 000 Avro və üçüncü olan komanda üçün isə 25 000 Avro) üst pillədəki GT komandalarının və sürücülərin diqqətini özünə cəlb edir.
“Beechdean AMR” və “GT Rusiya” Komandası Azərbaycandakı mövsümün finalına hazırlaşmaq üçün artıq Zolderdə təmsil olunublar, lakin onlar “Blancpain Sprint” seriyası üçün yeni olan, sayı yeddidən az olmayan komanda ilə yarışa qoşulmalıdırlar. Onlardan ikisi, builki “Blancpain Endurance” seriyasında qismən və ya tam şəkildə təmsil olunub. Boutsen Ginion Racing iki McLaren MP4-12C-ni Bakıya gətirəcək istedadlı gənc pilotlar Ryan Ratcliffe və Joe Osborne üçün Triple 888 Racing Gümüş kubokda BMW Z4-ü gətirəcək.
Böyük Britaniyadan olan Trackspeed sürətli Porsche 997 GT3-R-i yarışa daxil edir, almaniyalı yarış komandası isə Schütz Motorsport-u yarışa daxil edir. Bir çox alman komandaları Prosperia ABT racing (Audi R8 LMS ultra), Zakspeed (Mercedes SLS AMG GT3) və iki Corvette Z06 maşınlarını gətirəcək Callaway-RWT ilə təmsil olunub.
Bu, onu göstərir ki, Baku World Challenge avtorallisində nüfuzlu maşın brendləri iştirak edəcək.
Bir çox seriya peşəkarları da öz komanda tərkibini dəyişdirdi - Fortec Motorsports ilə birlikdə BMW Sports Trophy Teams Brazil and Schubert- Baku World Challenge avtorallisi başladıqda heyranedici 17-lik üçün Platin statuslu sürücülər gətirildi. 18 qızıl statuslu sürücü əlavə edildi, və aydındır ki, Baku World Challenge avtorallisində yarış keyfiyyəti misli görünməmiş dərəcədə yüksək səviyyədə olacaq.
Tədbirin Cədvəli
Cümə günü, 31 oktyabr 2014-cü il
Parade şəhəri: 19:45
Şənbə günü, 1 noyabr 2014-cü il
Sərbəst məşq 1: 09:00 – 10:00
Sərbəst məşq 2: 11:30 – 12:30
Təsnifat məşqi: 16:00 – 16:55
Bazar günü, 2 noyabr 2014-cü il
Təsnifat Yarışı: 09:15 – 10:15
Əsas Yarış: 13:55 – 14:55
E.Ə.
www.oxu.az
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin