"Barselona" braziliyalı futbolçusu Rafinyanın müqaviləsini uzatmağa hazırlaşır.
Oxu.Az "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya klubunun 2028/29 mövsümünün sonuna qədər nəzərdə tutulacaq yeni müqavilə ilə bağlı danışıqlar apardığı bildirilir.
Məlumata görə, yeni sözləşməyə əsasən, Rafinyanın illik maaşı 27 milyon avroya yüksələcək. Bununla da braziliyalı hücumçu Rodri ilə birlikdə "Barselona"nın ən yüksək maaş alan futbolçusu olacaq və Lamin Yamalı geridə qoyacaq.
Qeyd edək ki, Rafinya hazırda klubdan illik 16 milyon avro qazanır.
