Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Barselona" heyətini "Espanyol"un qolkiperi ilə gücləndirmək istəyir
İspaniyanın "Barselona" klubu "Espanyol"un qapıçısı Xuan Qarsiya ilə maraqlanır.
Oxu.Az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi bu mövqeni gücləndirmək niyyətindədir.
23 yaşlı qapıçı ilə Dani Olmonun agenti eyni şəxsdir. Yarımmüdafiəçi "Barselona"ya keçən zaman klub rəsmiləri agentə qolkiperi də heyətlərində görmək istədiklərini bildiriblər. Kataloniyalılar son həftələrdə bu yöndə səylərini artırıb.
"Espanyol" La Liqada qalsa, Qarsiyanın transfer məbləği 25 milyon avro olacaq. Əks təqdirdə isə bu məbləğ xeyli azalacaq.
Qeyd edək ki, Xuan Qarsiya cari mövsüm bütün turnirlərdə 25 oyuna çıxıb və 36 qol buraxıb. O, dörd matçda qapısını toxunulmaz saxlayıb.
"Barselona FK" teqi üzrə xəbərlər
- "Böyük beşlik" liqalarında ən çox yetirməsi olan klublar BƏLLİ OLDU - SİYAHI
- "Mançester Yunayted" yeni mövsümdə baş məşqçi postunu Xaviyə həvalə edəcək
- "Barselona" və "Atletiko Madrid" oyununda XXI əsrin rekordu qırıldı
- Lionel Messi və Luis Suaresin qolları "İnter Mayami"ni 1/8 finala çıxardı
- "Qarabağ" Avropada ilk onluqdadır