Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Trendyol" azərbaycanlı istifadəçiləri üçün "Trendyol ev kolleksiyası"nı təqdim edir
Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması "Trendyol" azərbaycanlı istifadəçiləri üçün məhsul çeşidini genişləndirərək özünün ev kolleksiyasını təqdim edib.
Azərbaycanda və digər ölkələrdə təqdim olunan "Trendyol ev kolleksiyası" yataq dəstləri, hamam aksesuarları, dəsmallar, masa örtüləri və dekorativ yastıqlar daxil olmaqla, geniş məhsul çeşidlərini təqdim edərək, "Trendyol"un sürətlə böyüyən məişət malları kateqoriyasına əlavə olunub.
Eksklüziv olaraq Türkiyədə istehsal edilən "Trendyol"un ev tekstili malları 100% pambıqdan və pambıq-polyester qarışığından hazırlanıb.
"Trendyol"un azərbaycanlı istifadəçiləri Novruz bayramı ərəfəsində 100-ə yaxın kateqoriya üzrə 33 min adda ev tekstil məhsulu və ev əşyası seçə bilərlər.
"Trendyol" platfromasında tekstil məhsullarından elektronika, uşaq qidalarından ev dekorasiyasına qədər 1500-dən artıq kateqoriyada məhsul təqdim olunur.
Hazırda "Trendyol" Azərbaycanda iki milyondan çox müştəriyə xidmət edir.
Son iki ildə "Trendyol" tətbiqi Azərbaycanda ən çox yüklənən mobil tətbiq olub.
"Trendyol e-ticarət platforması" teqi üzrə xəbərlər
- "Trendyol" ötən ilin Azərbaycan üzrə alış-veriş məlumatlarını paylaşdı
- Fərid Hüseynov: "Birbank" "Bir" ekosisteminin mərkəzindədir"
- İİTKM direktoru: "Ötən il 288,2 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib"
- "Unibank"ın "Əjdaha" lotereyasındakı 3 mənzili kimlər qazanacaq?
- "Trendyol"un dəstəyi ilə Azərbaycan rəssamlarının əsərləri Türkiyədə sərgiləndi