İspaniya Kral Kubokunun final qarşılaşması baş tutub.
Oxu.Az xəbər verir ki, finalda “Atletik” (Bilbao) və “Barselona” komandaları qarşılaşıb.
Rəqibinə 3:1 hesabı ilə qalib gələn kataloniyalılar cari mövsümdə ikinci kubokunu qazanıblar. İspaniya çempionluğunun ardından kuboku da qazanan Luis Enrikenin yetirmələri “qızıl dubl” edib.
Qeyd edək ki, turnir tarixindəki 27-ci çempionluğunu qazanan “Barsa” bu nəticə ilə rekorda imza atıb.