İspaniya La Liqasının 2026/2027 mövsümünün 5-ci turunda "Barselona" səfərdə "Levante"ni 2:4 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, matç Valensiyadakı "Syudad de Valensiya" stadionunda keçirilib.
Görüşün baş hakimi Xon Qonsales Esteban olub.
İspaniya çempionatında beş oyundan sonra "Barselona" 15 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. "Levante"nin hesabında beş xal var və komanda 13-cü pillədə qərarlaşıb.
Növbəti turda "Levante" sentyabrın 16-da öz meydanında Bilbaonun "Atletik" klubu ilə qarşılaşacaq. Həmin gün Hans-Diter Flikin rəhbərlik etdiyi "Barselona" isə evdə "Rasinq"i qəbul edəcək.