Luis Suaresin katalon klubuna keçidi ilə bağlı İspaniya “Barselona”sı və ingilis “Liverpul”u arasında danışıqlar həlledici mərhələdədir.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, klublar Uruqvay forvardının transferi barədə razılığa gəliblər.
Məbləğ 70 milyon funt sterlinqdir, bu məbləğ Suaresə dünyanın ən bahalı oyunçular beşliyinə daxil olmağa imkan verəcək. Öncədən xəbər verilmişdi ki, klub Suareslə əlaqəli sazişə çili hücumçusu Aleksis Sançesi qoşaraq daha az pul ödəsin, amma merissaydlar Suaresin dəyərini tam olaraq pulla ödənməsinin üzərində durdular.
Xatırladaq ki, keçən mövsümdə Suares İngiltərə çempionatında 33 matç keçirib, bu matçlarda 31 qol vurub, 17 qol ötürməsi verərək mövsümün ən yaxşı bombardmançısı və snayperi olub, eləcə də Premyer-liqanın ən yaxşı futbolçusu adını alıb.
27 yaşlı Suares “Liverpul”da üç mövsüm keçirib, nəticə 110 oyun və 69 qol. Daha öncə Suares dörd il “Ayaks”da oynayıb, bu komanda ilə bərabər Hollandiya çempionatını və kubokunu qazanıb. Milli yığmada Suares Amerika kubokunun sahibi oldu (2011).
Xatırladaq ki, transferdən asılı olmayaraq DÇ-2014 qrup mərhələsi matçında italyan oyunçusu Corco Kyellini dişlədiyi üçün FİFA-nın Suaresə qarşı oyundan kənarlaşdırmaya dair qərarı qüvvədə qalacaq. Suares milli komandanın 9 oyununu, eləcə də cari ilin oktyabr ayının sonuna qədər heç bir futbol oyununda iştirak edə bilməz. Diskvalifikasiya ona stadiona gəlməyi və klubun tərkibində məşqlərə gəlməyi qadağan edib.