Suaresin İtaliyan müdafiəçisi Corco Kellini dişləməsi uruqvaylıya baha başa gəldi.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı araşdırma aparan FİFA Uruqvay futbol yığmasının hücumçusu Luis Suaresi 9 matç diskalifikasiya etməklə yanaşı futbolla bağlı istənilən fəaliyyətdən 4 aylıq kənarlaşdırıb. Onun 100.000 İsveçrə Frankı da ödəyəcəyi deyilir.
Beləliklə, Suares Braziliyada keçirilən futbol üzrə dünya çempionatında daha oynamayacaq.