Ən populyar “selfie” dişini qıcayan Uruqvay və “Liverpul”un hücumçusu Luis Suaresin fonunda çəkilən foto olub.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, o doqquz matçlıq və dörd aylıq oyundan kənar edilib. Oyun zamanı Suares italyan müdafiəçisi Corco Kyellinin çiynini dişləyib.
Azarkeşlər: “O, düzgün hərəkət etməyib. Cəza ədalətlidir”, “Məncə o, psixdir, adamları dişləyir, dəqiq psixdir” - deyiblər.
Sosial şəbəkə istifadəçiləri isə internetdə Suaresin dişləməsinə dair fotolar paylaşıblar.
Qeyd edək ki, italyan oyunçu uruqvaylı hücumçunun “dişinə çəkdiyi” birinci qurban deyil.