Türkiyənin Radio və Televiziya Üst Qurumu (RTÜK) ilahiyyatçı Adnan Oktarın (Harun Yahya) sahibi olduğu “A9” telekanalını cəzalandırıb.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, cərimələnən veriliş Adnan Oktarın özünün aparıcısı olduğu “Dini söhbətlər”dir.
RTÜK dindən bəhs edən bu proqramda musiqi və rəqsə yer verilməsini, A.Oktarın “Kediciklerim” dediyi gənc qadınlara “Yavrum, eşqim” kimi müraciətlər etməsini yanlış hesab edib.
İlahiyyatçının onu tənqid edən vətəndaşın Facebook-dakı şəklini efirdə yayımlaması və “Səni quzu kimi tullandıraram” deməsi isə ikinci cəzaya səbəb olub. Pul cəzasının məbləği telekanalın gəlirlərinə əsasən müəyyənləşdiriləcək.