Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Barselona" və "Atletiko Madrid" oyununda XXI əsrin rekordu qırıldı
İspaniya Kubokunun yarımfinalında üz-üzə gələn "Barselona" və "Atletiko" əsrin rekorduna imza atıblar.
Oxu.Az xəbər verir ki, komandaların şəxsi oyunlarda vurduğu qollar XXI əsrin rekordu olub.
Sonuncu dəfə 1997-ci ildə baş tutan görüşdə səkkiz və ya daha çox qol vurulmuşdu. Ölkə kubokunun 1/4 finalına təsadüf edən qarşılaşma "Barselona"nın 5:4 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Qeyd edək ki, "Barselona" - "Atletiko" matçında qalib müəyyənləşməyib - 4:4. Komandalar arasında yarımfinalın cavab görüşü aprelin 2-də Madriddə keçiriləcək.
"Barselona FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar