Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Deputat: "Fransa kimi ölkələr hələ də müstəmləkə siyasətini davam etdirir"
"Fransa kimi ölkələr hələ də müstəmləkə siyasətini davam etdirir, yerli xalqların hüquqlarını pozur və onların təbii resurslarını istismar edir".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvü, deputat Cavanşir Feyziyev Fransa müstəmləkəsində olan ərazilərin nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, 200 il Rusiya müstəmləkəsində yaşamış ölkə kimi Azərbaycan Fransa müstəmləkəsində olan xalqların azadlıq mübarizəsini yaxşı başa düşür:
"Ona görə də cənab prezident İlham Əliyev kolonializm siyasətinin mənfi tərəflərini bütün beynəlxalq platformalarda gündəmə gətirir. Bakı Təşəbbüs Qrupunun yaradılması da Azərbaycanın neokolonializm siyasəti ilə barışmamasının göstəricisi idi. Son illərdə də BTQ-nin yaradılmasından sonra, müstəmləkədən əziyyət çəkən xalqların aqibəti gündəmə gətirilib və Qoşulmama Hərəkatının iclaslarında diqqətdə saxlanılıb. Azərbaycan sizin azadlıq mübarizənizi yüksək qiymətləndirir".
Mərahim Nəsib
"Fransa müstəmləkəçiliyi" teqi üzrə xəbərlər
- Quadelupalı jurnalist: "Biz həm siyasi, həm də iqtisadi müstəqillik əldə etmək istəyirik"
- Müstəmləkəçilikdən əziyyət çəkən ərazilər üçün veb-saytın yaradılması təklif edilib
- Pol Kelleri-Selbon: "Qvadelupdakı kommunikasiya vasitələri Fransanın əlindədir"
- Şahin İsmayılov: "Fransa Azərbaycana qarşı qarayaxma kampaniyası aparır"
- Fransa müstəmləkələrindən olan jurnalistlər Şəhidlər xiyabanını ziyarət ediblər