Portuqaliyalı mütəxəssis Xorxe Xesus komandasının Səudiyyə Ərəbistanı çempionu olmasından sonra "Ən-Nəsr"in baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Ge Globo" məlumat yayıb.
"Ən-Nəsr"in heyətində komandaya 2022-ci ilin dekabrında qoşulan dünya ulduzu Kriştianu Ronaldu da çıxış edir. Portuqaliyalı hücumçu ilk dəfə Səudiyyə Ərəbistanı çempionluğunu qazanıb.
"Mən Ronalduya "biz titul qazanacağıq, sonra isə mən gedəcəyəm" demişdim. Belə də oldu. Hər şey bitdi. Bu, "Ən-Nəsr" üçün keçirdiyim son matçdır", - deyə mütəxəssis bildirib.
71 yaşlı portuqaliyalı məşqçilik karyerası boyunca Səudiyyə Ərəbistanının "Əl-Hilal", Türkiyənin "Fənərbağça", Braziliyanın "Flamenqo", Portuqaliyanın "Sportinq" və "Benfika" klublarına da rəhbərlik edib.