Səudiyyə Ərəbistanı çempionatının 29-cu turu çərçivəsində keçirilən "Əl-İttifaq"la qarşılaşma zamanı "Ən-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun qəfildən halı pisləşib.
Oxu.Az xəbər verir ki, bu barədə "Ən-Nəsr"in baş məşqçisi Xorxe Xesus "Record" qəzetinə verdiyi açıqlamada bildirib.
Xorxe Xesus fasilə zamanı futbolçunun mədəsində problem yarandığını deyib:
"Fasilə zamanı onun mədəsində problemlər yarandı. Lakin o, oyuna davam etmək üçün israr etdi. Matçdan sonra soyunub-geyinmə otağına qayıtdıqda isə qusdu".
Qeyd edək ki, 41 yaşlı Ronaldu matçda 89 dəqiqə ərzində meydanda mübarizə aparıb.