Los-Ancelesdə (ABŞ) Milli Basketbol Assosiasiyasının (NBA) pley-off mərhələsinin 1/4 finalı çərçivəsində "Los-Anceles Leykers" və "Oklahoma-Siti Tander" klubları arasında dördüncü duel baş tutub.
Oxu.Az xəbər verir ki, meydan sahiblərinin 110:115 hesablı məğlubiyyəti ilə yekunlaşan bu gərgin görüş, komandanın hücumçusu Lebron Ceyms üçün karyerasında 2000-ci matç kimi tarixə düşüb.
Ulduz basketbolçu peşəkar yoluna 2003-cü ildə "Klivlend Kavalers" klubuna qoşularaq başlayıb. O, həmin komandanın heyətində 1001 oyunda parketə çıxıb. Daha sonra "Mayami Hit"in formasında 381, hazırkı klubu "Los-Anceles Leykers"də isə 546 qarşılaşmada iştirak edib. Bundan əlavə, Lebron ABŞ milli komandasını 49 beynəlxalq matçda təmsil edib və iki dəfə Bütün Ulduzların Oyununda (All-Star) yer alıb.
Bir müddət əvvəl onun NBA tarixində pley-off mərhələsində 300 oyun həddinə çatan ilk basketbolçu olmuşdu. Həmçinin 41 yaşlı hücumçu turnirdə toplanmış xalların və keçirdiyi mövsümlərin (23) sayına görə mütləq rekordçudur.
Qeyd edək ki, dörd qələbəyə qədər davam edən seriyada "Leykers" "Oklahoma"ya ümumi 0:4 hesabı ilə məğlub olaraq bu mövsümlə vidalaşıb.