Almaniyanın "Bavariya" klubunun baş məşqçisi, belçikalı mütəxəssis Vensan Kompani xəstəxanadan evə buraxılıb.
Oxu.Az "Sky Sport Austria" telekanalına istinadən xəbər verir ki, həkimlər Kompaninin səhhətinin qəfil pisləşməsinin səbəbinin beyin qişalarının qıcıqlanması ilə xarakterizə olunan meningeal sindrom olduğunu müəyyən ediblər.
Bildirilir ki, "Bavariya"nın baş məşqçisinin vəziyyəti yaxşılaşır və o, artıq xəstəxananı tərk edib.
Daha əvvəl Kompaninin tibb müəssisəsində ən azı bir neçə gün qalacağı bildirilmişdi.
Ötən həftə mütəxəssisin klubun məşq bazasında huşunu itirdiyi və helikopterlə xəstəxanaya çatdırıldığı məlum olub. Qeyd olunurdu ki, Kompani son vaxtlar virus infeksiyasından əziyyət çəksə də, xəstəliyin əlamətlərinə baxmayaraq, işini tam həcmdə davam etdirib.