"Maklaren" komandasının avstraliyalı pilotu Oskar Piastri "Formula-1" üzrə dünya çempionatının dördüncü mərhələsi - Bəhreyn Qran-prisinin təsnifat mərhələsində qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, yarışlar "Sahir" avtodromunda keçirilir.
İkinci yeri "Mercedes"in britaniyalı pilotu Corc Rassel tutub. Üçlüyü isə "Ferrari"dən monakolu pilot Şarl Lekler qapayıb.
Əsas yarış bazar günü keçiriləcək və Bakı vaxtı ilə saat 19:00 başlayacaq.