İtaliya A Seriyasında 32-ci turun oyunları davam edir.
Oxu.Az xəbər verir ki, Milanda "İnter" və "Kalyari" komandalarının qarşılaşdığı oyun meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.
Qonaqlar buraxılan üç qoldan yalnız birinin əvəzini çıxmağı bacarıblar - 3:1.
Hazırda İtaliya A Seriyasında çempionluq yarışına 71 xalla "İnter" başçılıq edir. Ən yaxın rəqibi "Napoli" bir oyun az keçirməklə 6 xal geridədir. "Kalyari" isə 30 xalla 15-ci yerdədir.