Belçikanın “Lokeren” klubunun futbolçusu Qreqori Mertens dünyasını dəyişib.
Oxu.Az-ın qol.az-a istinadən xəbərinə görə, “Genk”in ikinci komandasına qarşı matçın 25-ci dəqiqəsində ürəyi dayanan və xəstanaxaya yerləşdirilən belçikalı oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
24 yaşlı müdafiəçinin bu gün günorta saatlarında vəfat etdiyi açıqlanıb.
Qeyd edək ki, Belçikanın U-21 millisinin sabiq oyunçusu Mertens bu mövsüm “Lokeren”də 18 oyunda iştirak etmişdi.