Belçika milli komandasının bir neçə müdafiəçisi Serbiya ilə yoldaşlıq görüşünü (15 noyabr) və AVRO-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunu (19 noyabr) buraxa bilər.
Hər iki topuğunda problem yaşayan Yan Vertonqen və İngiltərə çempionatında “Bernli”nin son oyununda iştirak etməyən Amin Əl-Dahilin Domeniko Tedeskonun sərəncamında olmayacağı gözlənilir.
Onların Belçika millisinin qarşıdakı görüşlərində iştirakı sual altındadır.
12:48
Belçika millisinin futbolçusu Zinyo Vanheusden AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək oyunu buraxacaq.
“Report”un yerli mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb 24 yaşlı mərkəz müdafiəçisinin zədələnməsidir.
O, icarə əsasında çıxış etdiyi Belçikanın “Standard” klubunun son oyununda zədələnib. Müqavilə ilə İtaliya “İnter”inə məxsus olan Vanheusden həkim müayinəsindən sonra yığmanın heyətindən çıxarılıb. O, həmçinin Serbiya ilə yoldaşlıq görüşündə də iştirak etməyəcək.
Qeyd edək ki, Belçika yığması noyabrın 15-də Serbiyanı, 19-da isə Azərbaycanı qəbul edəcək. Belçika hazırda 17 xalla F qrupuna başçılıq edir. Millimiz isə 4 xalla dördüncü pillədə qərarlaşıb.