Madrid “Real”ının hücumçusu Kərim Benzema “Olimpiakos”un yarımmüdafiəçisi Matye Valbuenanın intim video ilə şantajı işi üzrə hakim qarşısına çıxacaq.
Bu barədə “Le Parisien” məlumat yayıb.
Məhkəmə iclası Versalda keçiriləcək.
Qeyd edək ki, qalmaqallı hadisə 2015-ci ildə baş verib. İstintaqın versiyasına görə, Benzema videonun ictimailəşdirilməməsi üçün cinayətkarlarla Valbuena arasında vasitəçi rolunu oynayıb.