Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Xetaq Karsanov U-20 dünya çempionatında gümüş medal qazanıb
İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı sona yaxınlaşır.
"Report" xəbər verir ki, bu gün sərbəst güləşdə ilk medalçılar müəyyənləşib.
Ayxan Abdullazadə (65 kq) türkiyəli Avropa çempionu Abdullah Toprakla gərgin mübarizə şəraitində keçən təsəlliverici görüşdə minimal fərqlə məğlub olub - 5:6.
Xetaq Karsanov (97 kq) isə finalda Rizabek Aitmuxanla qarşılaşıb. Təmsilçimiz ötən il böyüklər arasında dünya çempionu olmuş Qazaxıstan güləşçisi ilə bacarmayıb (0:10) və dünya çempionatında gümüş medalı boynundan asıb.
İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.
Millimizin 5 üzvü xalça üzərinə çıxacaq.
U-20 dünya çempionatı
Sərbəst güləşi
Təsnifat mərhələsi
57 kq
Bəşir Verdiyev ilk görüşündə Kayo Duarteni (Braziliya) sınağa çəkəcək.
65 kq
Ayxan Abdullazadənin rəqibi Daniel Marian Sandu (Rumıniya) olacaq.
70 kq
Ramik Heybətov ukraynalı Bohdan Olenyuk ilə üz-üzə gələcək.
79 kq
Emin Qocayev Adilet Nubekoviçdən (Qırğızıstan) güclü olmağa çalışacaq.
1/8 final
97 kq
Xetaq Karsanovun ilk görüşdə rəqibi Aytenir Maksatovla (Qırğızıstan) qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan yığması mundialda bir gümüş, üç bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.
"Azərbaycan Güləş Federasiyası" teqi üzrə xəbərlər
- İli lider kimi bitirən güləşçilərimizə pul mükafatı təqdim edilib
- Beş il öncə karyerasını başa vuran güləşçi yenidən xalça üzərinə qayıdır
- Azərbaycan millisinin baş məşqçisi Dünya Güləş Birliyinin yeni təlimatçısı seçilib
- AGF rəsmisi Dünya Güləş Birliyində yaradılan yeni komitənin prezidenti seçilib
- Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını medalsız başa vurublar
Rəylər