Türkiyənin "Beşiktaş" komandası heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "Beşiktaş" klubu Belçikanın "Genk" komandasında çıxış edən Cənubi Koreya millisinin üzvü O Hön Qü ilə danışıqlar aparır.
Qeyd edək ki, O Hön Qü 2024-cü ildən "Genk" klubunda çıxış edir.