Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
UEFA Avropa Liqası: "Beşiktaş" "Frankfurt" səddini keçə bilmədi
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda "Beşiktaş" klubu "Frankfurt"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, oyun 1:3 hesabı ilə "Frankfurt"un xeyrinə başa çatıb.
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda "Beşiktaş" - "Frankfurt" oyunu başlayıb.
Oxu.Az xəbər verir ki, görüş "Tupraş Stadium"da keçirilir.
Qeyd edək ki, qarşılaşmanı Con Bitonun başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edir.
Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda "Beşiktaş" klubu "Frankfurt"la qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, görüş "Tupraş Stadium"da keçiriləcək.
Qarşılaşmanı Con Bitonun başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edəcək.
Rəqiblər indiyədək heç bir rəsmi görüşdə üz-üzə gəlməyiblər. Bu qarşılaşma komandaların tarixində ilk olacaq.
Komandalar meydana itki ilə çıxacaqlar. Meydan sahiblərindən Necip Uysal zədə üzündən görüşü buraxmalı olacaq. Qonaqlardan isə Ekitike, Hoyland, Luni və Trapp komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
"Beşitkaş" - "Frankfurt" matçının canlı yayımını Oxu.Az saytında izləyə bilərsiniz:
"UEFA Avropa Liqası" teqi üzrə xəbərlər
- Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"
- "Atletiko Madrid" rəsmiləri Tibo Kurtuanın xatirə lövhəsini sökdürdülər
- FKSB klubu "Qarabağ"la daha erkən "görüşəcək"
- Avrokuboklarda 2025-2026 mövsümünün ilkin təqvimi açıqlanıb
- Səudiyyə Ərəbistanından olan futbolçu Avropa Liqasının tarixinə düşüb
Rəylər