“Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebi COVID-19 virusuna yoluxub.
“Fanatik” nəşri yazır ki, İstanbul klubunun 61 yaşlı prezidenti hazırda həkim nəzarəti altındadır.
Qeyd edək ki, bu gün “Beşiktaş” klubunun səkkiz futbolçusunun koronavirus testi müsbət çıxıb.
***
15:20
“Beşiktaş” klubunda aparılan koronavirus testlərinin səkkizi müsbət nəticə verib.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
Koronavirus testləri mayın 13-də “Beşiktaş”ın futbolçuları, texniki heyət və klubun digər əməkdaşları arasında aparılıb.
Test nəticələrinin açıqlanmasından sonra yoluxan şəxslərin dərhal müalicəsinə başlanılıb.