UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.
Səkkiz qarşılaşmadan ikisi artıq başa çatıb.
Türkiyənin turnirdə təmsil edən İstanbulun “Beşiktaş” klubu Amsterdamda “Ayaks”la üz-üzə gəlib.
Görüş Niderland təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Ayaks”ın heyətində qolları 17-ci dəqiqədə Stiven Bergeys, 43-cü dəqiqədə isə Sebastyen Allye vurublar.