Türkiyə Superliqasının XX turunda “Beşiktaş” səfərdə “Antalyaspor”u darmadağın edib.
Oxu.Az xəbər verir ki, oyun qonaq komandanın 6:2 hesablı qələbəsi ilə başa çatıb.
“Beşiktaş”ın heyətində Adam Lyaiç (35), Doruhan Toköz (39), Atiba Hatçinson (43), Şinci Kaqava (82, 84) fəqlənib. “Antalyaspor”un müdafiəçisi Saleh Dursun 67-ci dəqiqədə öz qapısına qol vurub.
Meydan sahiblərinin qollarını isə Süleyman Dukara (51) və Çiko (89) vurub.
Bu qələbə sayəsində “Beşiktaş” turnir cədvəlində üçüncü pilləyə yüksəlib.