Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Blatter və Platiniyə bəraət verildi
FIFA-nın sabiq prezidenti Yozef Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platini İsveçrə məhkəməsi tərəfindən dələduzluq işi üzrə bəraət alıblar.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Rob Harris "X" sosial şəbəkə hesabında məlumat verib.
Xatırladaq ki, Y.Blatter və M.Platini 2021-ci ilin noyabrında dələduzluq, vəsaitlərin qanunsuz mənimsənilməsi, cinayətkar qeyri-səmərəli idarəetmə və sənədlərin saxtalaşdırılması maddələri ilə ittiham olunublar.
Araşdırmaya FIFA büdcəsindən UEFA-ya 2.3 milyon dollar ödənilməsi səbəb olub. Eyni zamanda, prokurorluq Y.Blatter və M.Platininin 1 il 8 ay şərti cəzaya məhkum edilməsini istəyib.