Niderlandlı konkisürən Yutta Leerdam İtaliyada keçirilən Qış Olimpiya Oyunlarında sürətli konkisürmə üzrə 1 000 metr məsafəyə yarışın qalibi olub.
Oxu.Az bu barədə RBC-yə istinadən xəbər verir ki, niderlandlı idmançı 1:12.31 nəticə ilə Olimpiya rekordunu da qırıb.
Niderlandlı Femke Kok (1:12.59) gümüş, yaponiyalı Miho Takagi (1:13.95) isə üçüncü yeri tutublar.

Qeyd edək ki, Yutta Leerdam amerikalı bloqer və boksçu Ceyk Polun nişanlısıdır. Y.Leerdam sürətli konkisürmə üzrə yeddiqat dünya çempionu və altıqat Avropa çempionudur.