İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi başa çatıb.
Oxu.Az xəbər verir ki, tədbir Veronada şəhərindəki "Arena di Verona" stadionunda keçirilib.
Mərasimin sonunda Qış Olimpiya Oyunları bağlı elan edilib.
Qeyd edək ki, növbəti, 26-cı Qış Olimpiya Oyunları 2030-cu ilin fevralında Fransada keçiriləcək.
İtaliyada 2026-cı il Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, mərasim "Arena di Verona" stadionunda təşkil olunub.

Tədbirdən əvvəl tamaşaçılara tarixi üslubda italyan operasını təqdim olunub. Sonra idmançılar kolizeyə daxil olublar.

Bağlanış mərasiminin iki saat davam edəcəyi gözlənilir.

Qeyd edəki, 2026-cı ilin Qış Olimpiya Oyunları Milan Kortina d'Ampetso şəhərlərində keçirilib və fevralın 6-22-dək davam edib.
Medal sıralamasında Norveç (18 qızıl, 12 gümüş, 11 bürünc) birinci, ABŞ (12 qızıl, 12 gümüş, 9 bürünc) ikinci, Niderland (10 qızıl, 7 gümüş, 3 bürünc) üçüncü yeri tutub.
Azərbaycan oyunlarda iki idmançı ilə təmsil olunub. Slalomda Anastasiya Papatoma ilk yarışını 59-cu yerdə başa vurub və yekun sıralamada 95 iştirakçı arasında 51-ci yeri tutub. Fiqurlu konkisürmədə Vladimir Litvintsev qısa proqramda 63.63 xal toplayaraq iştirakçılar arasında sonuncu, 29-cu yeri tutub.